MeloMax
AZ
AzərbaycancaTürkçeРусскийEnglish

Məxfilik siyasəti

Qısaca

MeloMax hesab tələb etmir və səni tanıyan heç bir məlumat toplamır.

Telefonunda qalan məlumatlar

Favorilər, pleylistlər, son dinlənənlər, axtarış tarixçəsi, yüklənmiş mahnılar və ayarlar yalnız telefonunda saxlanılır. Bizim serverə göndərilmir.

Anonim statistika

MeloMax Top 100 və "dinləyicilərin bəyəndikləri" siyahıları üçün hansı mahnının neçə dəfə çalındığı və bəyənildiyi sayılır. Bu saylar heç bir istifadəçiyə bağlı deyil. IP ünvanı yalnız eyni mahnının bir gündə bir dəfə sayılması üçün yaddaşda qısa müddət saxlanılır, bazaya yazılmır. Proqramın açılma, çalma və yükləmə sayları da ümumi rəqəm kimi saxlanılır.

Xəta hesabatları

Mahnı açılmayanda proqram texniki hesabat göndərir (xəta mətni, mahnı, proqram versiyası). Bu hesabat server jurnalında IP ünvanı ilə birlikdə qısa müddət qalır və yalnız xətaları düzəltmək üçün istifadə olunur.

Əlaqə forması

Əlaqə formasında yazdığın ad, e-poçt və mesaj sənə cavab vermək üçün saxlanılır və heç kimlə paylaşılmır.

Reklam və izləmə

Proqramda və saytda reklam şəbəkəsi və üçüncü tərəf izləmə kodu yoxdur.

Dəyişikliklər

Bu siyasət dəyişsə, yeni mətn bu səhifədə dərc olunacaq.

← Ana səhifə